"Real"ın keçmiş hücumçusu 9 il həbs cəzası alacaq
21.03.2024 - 10:54
"Real"ın keçmiş hücumçusu 9 il həbs cəzası alacaq

Braziliya millisinin və "Real Madrid"in keçmiş hücumçusu Robinyo həbs olunacaq.

Apasport.az xəbər verir ki, bu barədə "Lequipe" nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, sabiq futbolçu 11 il əvvəl Milanda cinsi təcavüz etdiyinə görə 9 il həbs cəzası alacaq.

Robinyo ağır cəzadan yayınmaq üçün İtaliyadan vətəninə qaçıb. Ancaq bu, onu xilas etməyəcək - İtaliya ədaləti Braziliya hakimiyyətindən Robinyonu həbsə atmağı tələb edib. Cənubi amerikalılar ölkələr arasında münasibətləri korlamamaq üçün bu tələbi yerinə yetirəcəklər.

Qeyd edək ki, Robinyo Braziliya millisində 100 oyun keçirib və 29 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0