“Real”ın yarımmüdafiəçiləri getmək istəyir
21.06.2022 - 17:59
“Real”ın yarımmüdafiəçiləri getmək istəyir

Marko Asensio və Dani Sebalyos “Real”ı tərk edə bilər.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçilər “kral klubu”ndan yeni müqavilə təklifi almayıb.

Hər iki oyunçunun sözləşməsi gələn ilin yayında başa çatır. Həm Asensio, həm də Sebalyos müntəzəm olaraq meydanda olmaq istəyir. Hər iki orta sahə oyunçusunun hədəfi DÇ-2022-də mininin heyətində yer almaqdır. Madrid klubunda qalmaqla da bu şansı azaltdıqlarını başa düşürlər.

Yarımmüdafiəçilərin menecerləri digər klubların təkliflərini nəzərdən keçirməklə məşğuldur. “Real” rəhbərliyi də onlar üçün təklif gözləyir. Çempionlar Liqasının qalibi oyunçularını təzminatsız yola salmaq fikrində deyil.
 

writer photo
Əlirza Əlirzalı
0