Redondo Messinin komandasında
13.02.2024 - 14:11
“İnter Mayami” Federiko Redondo ilə müqavilə bağlayacaq.
Apasport.az xəbər verir ki, ABŞ klubu Lionel Messi, Serxio Buskets, Luis Suares kimi oyunçulardan sonra 21 yaşlı yarımmüdafiəçi ilə razılaşıb.
“Argentinos Xuniors” futbolçusunu 8 milyon avroya satmağa razılıq verib. Müqavilədə futtbolçunun növbəti satışından 15% pay şərti də olacaq.
Qeyd edək ki, Federiko Argentina yığmasının və “Real”ın məşhur ulduzu Fernando Redondonun oğludur.
0
0