Renat Dadaşovun komanda yoldaşından xəbər yoxdur
12.08.2024 - 23:33
Renat Dadaşovun komanda yoldaşından xəbər yoxdur

Renat Dadaşovun da top qovduğu "Ankaragücü" klubunun legioneri Renaldo Sefas yoxa çıxıb.

Apasport.az xəbər verir ki, "Şanlıurfaspor"la matçdan sonra yamaykalı futbolçu ilə əlaqə yaratmaq mümkün olmayıb.

Klubun baş məşqçisi Cihat Arslan futbolçunun məşqlərdə də iştirak etmədiyini bildirib.

Xatırladaq ki, paytaxt təmsilçisinin 2:0 hesabı ilə qələbə qazandığı "Şanlıurfaspor" matçında meydana sonradan daxil olan Dadaşov qol vurmağı da bacarmışdı.

writer photo
Əlirza Əlirzalı
0