Renatın komandası yenə MƏĞLUB OLDU
06.01.2024 - 18:31
Türkiyə Superliqasının 19-cu həftəsində "Rizəspor" öz meydanında "Hatayspor"u qəbul edib.
Apasport.az xəbər verir ki, Çaykur Didi stadionunda keçirilən görüşdə meydan sahibləri 2:0 hesabı ilə qalib gəlib. “Rizəspor”a qələbə qazandıran qolları 19-cu dəqiqədə Dal Varesanoviç, 82-ci dəqiqədə isə İbrahim Olavoyin vurub.
Bu məğlubiyyətdən sonra baş məşqçisi Volkan Dəmirəl olan "Hatayspor"un qələbəsiz seriyası (4 məğlubiyyət, 2 bərabərlik) 6 matça yüksəlib.
Qeyd edək ki, Azərbaycan millisinin üzvü Renat Dadaşov meydana sonradan daxil olsa da, fərqlənə bilməyib.
0
0