“Reyncers” – “Napoli” oyunu təxirə salına bilər
09.09.2022 - 17:13
“Reyncers” – “Napoli” oyunu təxirə salına bilər

Çempionlar Liqasının “Reyncers” – “Napoli” oyunu təxirə salına bilər.

Apasport.az saytının məlumatına görə, buna səbəb Böyük Britaniya kraliçası II Yelizavetanın ölümüdür.

Sentyabrın 13-dəki qarşılaşmanın bu üzdən başqa tarixə keçirilməsi müzakirə olunur. Bunadək İngiltərə Premyer Liqasının VII turu da təxirə salınıb.

Qeyd edək ki, II Yelizaveta taxta 1952-ci ildə çıxıb.
 

writer photo
Əlirza Əlirzalı
0