"Reyncers"də Maykl Bil dövrü başa çatdı
02.10.2023 - 13:37
"Reyncers"də Maykl Bil dövrü başa çatdı

Maykl Bil vəzifəsindən qovulub.

Apasport.az saytı xəbər verir ki, "Reyncers" 43 yaşlı baş məşqçi ilə yollarını ayırıb. 

İngilis mütəxəssin getmə səbəbi komandanın yeni mövsümə uğursuz başlamasıdır. Paytaxt klubu Şotlandiya çempionatında 7 turdan sonra topladığı 12 xalla turnir cədvəlinin 3-cü pilləsindədir. Onlar ilk sırada yer alan əzəli rəqibləri "Seltik"dən (19 xal) 7 xal geri qalırlar.

Qeyd edək ki, Maykl Bill 2022-ci ildən “Reyncers”ə rəhbərlik edirdi.

writer photo
Əlirza Əlirzalı
0