Riad klubunu dəyişir
24.07.2023 - 22:48
Riad klubunu dəyişir

“Barselona”nın futbolçusu Şadi Riadın yeni klubu bəlli olub.

Apasport.az saytının məlumatına görə, müdafiəçi karyerasını “Betis”də davam etdirəcək.

Sevilya təmsilçisi Mərakeş millisinin futbolçusunun keçidi üçün 2,5 milyon avro ödəyəcək. Müdafiəçinin transfer hüququnun 50 faizi də “Barselona”da qalacaq. Kataloniya təmsilçisi 20 yaşlı müdafiəçinin geri almaq hüququna da malikdir.

Qeyd edək ki, Riad “Barselona”nın əsas komandasında ötən il debüt edib.

writer photo
Əlirza Əlirzalı
0