“Roma” türkiyəli futbolçunu alır
14.06.2022 - 13:35
“Roma” türkiyəli futbolçunu alır

Türkiyə millisinin futbolçusu Zeki Çəlik karyerasını "Roma"da davam etdirə bilər. 

Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, UEFA Konfrans Liqasının ilk çempionu olan “canavarlar” “ay-ulduzlular”ın müdafiəçisini transfer etməyə çox yaxındır. 

“Roma” "Lill" ilə Fransa çempionluğu yaşayan 25 yaşlı futbolçu üçün 7 milyon avro ödəməyi planlaşdırır. 

Qeyd edək ki, “Lill”in heyətində 143 oyun keçirən sağ cinah müdafiəçisi 8 qol vurub, 14 məhsuldar ötürmə verib.
 

writer photo
Əlirza Əlirzalı
0