İtaliya A Seriya təmsilçilərindən "Roma" baş məşqçisi İvan Yuriçlə yollarını ayırıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti açıqlama yayıb:
"Biz İvan Yuriçə son həftələrdə göstərdiyi zəhmətə görə təşəkkür edirik. O, çətin bir mühiti ən yüksək peşəkarlıqla idarə etdi və buna görə minnətdarıq. Ona gələcək fəaliyyətində uğurlar arzulayırıq. Yeni baş məşqçi axtarışları artıq başlayıb. Yaxın günlərdə bu barədə açıqlama veriləcək".
Qeyd edək ki, xorvat baş məşqçi bu ilin sentyabrında De Rossini əvəzləmişdi. 2 ay ərzində bütün turnirlərdə 12 matçda komandaya rəhbərlik edən İvan 4 qələbə, 3 heç-heçə, 5 məğlubiyyət ilə yadda qalıb.