“Roma”da ciddi itki – 15 günlük sıradan çıxdı
07.11.2022 - 15:36
“Roma” ciddi itki ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, İtaliya klubu yarımmüdafiəçisi Lorenso Pelleqrininin xidmətindən məhrum olub.
O, “Latsio” ilə dünənki qarşılaşmanın 53-cü dəqiqəsində zədə üzündən əvəzlənib. Lorenso 15 günlük sıradan çıxıb.
26 yaşlı futbolçu “Sassuolo” və “Torino” ilə görüşləri buraxacaq. Onun qayıdışı DÇ-2022 ilə bağlı fasilədən sonra reallaşacaq.
Qeyd edək ki, Pelleqrini mövsümün 18 oyununda 4 qol və 7 assistə imza atıb.
0
0