“Roma”dan Mourinyo qərarı
05.11.2022 - 10:41
“Roma”dan Mourinyo qərarı

“Roma” rəhbərliyi baş məşqçi Joze Mourinyo ilə bağlı qərarını verib.

Apasport.az saytının məlumatına görə, İtaliya klubunun sahibi Dan Fridkin portuqaliyalı mütəxəssislə müqaviləni uzatmaq istəyir.

Mourinyonun anlaşması 2024-cü ilin yayına qədərdir. Paytaxt klubunun sahibi bu müddəti daha bir il uzatmaqda maraqlıdır. Hazırda tərəflər bununla bağlı danışıq aparır. “Canavarlar”ın sahibi hətta komandanı gücləndirmək üçün də Mourinyo ilə birgə gələcək investisiya variantları üzərində işləyir.

Qeyd edək ki, Joze Mourinyo ötən ildən “Roma”nı çalışdırır. Komanda onun rəhbərliyi altında Konfrans Liqasının qalibi olub.
 

writer photo
Əlirza Əlirzalı
0