Ronaldo Mbappe və Keyni keçdi
27.12.2023 - 10:49
Ronaldo Mbappe və Keyni keçdi

Kriştiano Ronaldo 2023-cü ildə qol sayına görə lider olub.

Apasport.az xəbər verir ki, "Əl Nəsr" komandasının portuqaliyalı hücumçusu "Əl-İttihad" komandasına 2 qol vuraraq, bu il ən çox qol vuran futbolçu olub.

Səudiyyə Ərəbistan Pro Liqasının 18-ci turunda "Əl Nəsr" komandasının 5:2 hesablı qələbəsi ilə başa çatıb. 38 yaşlı Kriştiano 53 qol vuraraq, fransız futbolçu Kilian Mbappeni və ingilis forvard Harri Keyni geridə qoyub. Hər iki futbolçu 52 qol ilə 2-ci sıranı bölüşürlər.

Qeyd edək ki, Ronaldo 17 oyunda 19 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0