Ronaldo penaltini ləğv etdirdi
28.11.2023 - 09:21
Ronaldo penaltini ləğv etdirdi

Kriştiano Ronaldonun şərəfini qoruduğu “Əl-Nəsr” Asiya Çempionlar Liqasında “Persepolis”lə qarşılaşıb.

Apasport.az xəbər verir ki, 0:0 hesabı ilə başa çatan matç portuqaliyalı ulduzun feyr-pley hərəkəti ilə yadda qalıb.

Hücumçu oyunun 2-ci dəqiqəsində rəqibin cərimə meydanında yıxılıb. Qayda pozuntusu qeydə alan hakim penalti nöqtəsini göstərib.

Lakin bu qərarla razılaşmayan Ronaldo hakimə penalti olmadığını deyib. Portuqaliyalı ulduz referinin səhvini düzəldib və 11 metrlik cərimə zərbəsi VAR-da da yoxlandıqdan sonra ləğv edilib. 

Qeyd edək ki, “Əl-Nəsr” bu heç-heçədən sonra xallarının sayını 13-ə çatdıraraq qrupda 1-ci yeri təmin edib. 

writer photo
Əlirza Əlirzalı
0