Ronaldo Səudiyyə Ərəbistanda ən yaxşı seçildi
28.02.2023 - 21:29
Ronaldo Səudiyyə Ərəbistanda ən yaxşı seçildi

“Əl-Nəsr”ın hücumçusu Kriştianu Ronaldo fevral ayındakı çıxışına görə mükafat alıb.

Apasport.az xəbər verir ki, 38 yaşlı portuqaliyalı Səudiyyə Ərəbistanı çempionatında ayın ən yaxşı oyunçusu seçilib.

O, Ər-Riyad klubunun heyətində 4 oyunda 8 qol vurub və 2 məhsuldar ötürmə edib.

writer photo
Əlirza Əlirzalı
0