Ronaldodan pley-off qolu
03.08.2023 - 21:44
Ronaldodan pley-off qolu

“Əl-Nəsr” Ərəb Çempionları kubokunun qrup mərhələsində son oyununu keçirib.

Apasport.az saytı xəbər verir ki, matç Kriştiano Ronaldo üçün əlamətdar olub.

“Zamalek”lə 1:1 hesabı ilə başa çatan qarşılaşmada portuqaliyalı ulduz komandasını məğlubiyyətdən xilas edib. Ronaldo görüşün 87-ci dəqiqəsində fərqlənib. Bu qol “Əl-Nəsr”ə pley-offa yüksəlmək şansı yaradıb. Beş xal toplayan komanda qrupda ikinci yeri tutub.

Qeyd edək ki, Kriştianonun komandası ¼ finalda “Raja Kasablanka” ilə (Mərakeş) qarşılaşacaq. 
 

writer photo
Əlirza Əlirzalı
0