Ronaldodan qeyri-adi tələb
01.11.2023 - 15:56
Ronaldodan qeyri-adi tələb

Kriştiano Ronaldo “Əl-Nəsr” – “Əl-İttifaq” matçında hakimi dəyişməyi tələb edib

Apasport.az xəbər verir ki, “Əl-Nəsr”in hücumçusu Səudiyyə Ərəbistanı kuboku çərçivəsində baş tutan matçda ədalət təmsilçilərindən narazı qalıb.

Buna baş hakimin 1/8 final oyununun ilk yarısında 38 yaşlı forvarda sarı vərəqə göstərməsi səbəb olub. Referi bu matçda Taliskanı da qırmızı vərəqə ilə cəzalandırıb.

Bütün bunlar Ronaldonu qəzəbləndirib. O, hakimi göstərərək onun əvəzlənməsini tələb edib.

Qeyd edək ki, oktyabrın 31-də Ər-Riyadda baş tutan görüş "Əl-Nəsr"in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu Sadio Mane vurub.

writer photo
Əlirza Əlirzalı
0