Kriştiano Ronaldonun formasını geyindiyi “Əl-Nəsr” klubu problemlə üzləşib.
Apasport.az saytı xəbər verir ki, FİFA Səudiyyə Ərəbistanı təmsilçisinə yeni oyunçuların qeydiyyatını qadağan edib.
Səbəb isə Əhməd Musanın transferi ilə bağlı müqaviləyə əsasən İngiltərə “Lester”inə ödənilməli olan bonusların verilməməsidir. Nigeriya millisinin forvardının 2018-2020-ci illərdə ərəblərin heyətində çıxışına görə Premyer Liqa klubuna 460 min avro bonus ödənilməlidir. Ancaq ingilislərin şikayətindən sonra İdman Arbitraj Məhkəməsinin “tülkülər”in xeyrinə verdiyi qərara “Əl-Nəsr” rəhbərliyi əməl etmir. Məhz bu səbəbdən də komanda sözügedən qadağaya məruz qalıb.