Sabiq “Barselona”lı “İnter Mayami”də
20.06.2023 - 09:48
“İnter Mayami”nin baş məşqçi postuna əsas namizəd bəlli olub.
Apasport.az saytının məlumatına görə, ABŞ klubu Xerardo Martino ilə anlaşmağa yaxındır.
60 yaşlı mütəxəssis Fil Nevillin istefasından sonra boş qalan postu tutmağa razılıq verib. “Barselona”nın sabiq baş məşqçisinin təyinatı yaxın müddətdə rəsmiləşəcək. O, işinə iyulun əvvəlində başlayacaq.
Qeyd edək ki, Martino 2013/14 mövsümündə “Barselona”ya rəhbərlik edib. Onun son iş yeri DÇ-2022-də də çalışdırdığı Meksika millisi olub.
0
0