Sabiq baş məşqçi: “Premyer Liqada mübarizə 2-ci yer uğrunda olacaq”
10.10.2022 - 00:01
Sabiq baş məşqçi: “Premyer Liqada mübarizə 2-ci yer uğrunda olacaq”

“Liverpul”un sabiq baş məşqçisi Qrem Suness Premyer Liqanın cari mövsümü ilə bağlı maraqlı proqnoz verib.

Apasport.az saytının məlumatına görə, 69 yaşlı mütəxəssis indidən “Mançester Siti”nin çempion olacağını düşünür.

Onun fikrincə, ciddi problem olmasa, “şəhərlilər”lə heç kim yarışa bilməyəcək: “Tottenhem” yalnız “Mançester Siti”nin qorxulu period yaşaması və zədələrdən əziyyət çəkməsi halında titul qazana bilər. Bu, digər klublara da şamildir. Məncə, Premyer Liqada mübarizə 2-ci yer uğrunda olacaq”.

Qeyd edək ki, “Mançester Siti” 9 turdan sonra 23 xalla Premyer Liqada turnir cədvəlinə başçılıq edir.

writer photo
Əlirza Əlirzalı
0