Sabiq “Liverpul”lunun milyonluq malikanəsi külə döndü
16.01.2023 - 09:48
Veteran futbolçu Cermeyn Pennant bədbəxt hadisə ilə üzləşib.
Apasport.az saytı xəbər verir ki, “Liverpul” və “Arsenal” komandalarında oynamış ingilis oyunçunun 1 milyon funt sterlinq dəyəri olan malikanəsi yanaraq kül olub.
39 yaşlı Pennant yalnız yanğından sonra belə bir evə sahib olduğunu xatırlayıb.
Narkotik satıcıları tərəfindən plantasiyaya çevrilən malikanəyə od vurulduğu bildirilir.
Qeyd edək ki, bütün sərvətini itirən Cermeyn bu günlərdə müflis olduğunu açıqlayıb.
0
0