Şahruddin sarı vərəqə aldı, komandası heç-heçə etdi
09.03.2024 - 23:42
Şahruddin sarı vərəqə aldı, komandası heç-heçə etdi

Türkiyə Superliqasında 29-cu turun oyunları keçirilir.

Apasport.az xəbər verir ki, Azərbaycan milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi "Adana Demirspor" səfərdə "Konyaspor"la qarşılaşıb.

Matç 2:2 hesabı ilə başa çatıb. 

Şahruddin də bu görüşdə iştirak edib. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. 29 yaşlı qolkiper 72-ci dəqiqədə sarı vərəqə alıb.

Qeyd edək ki, "Adana Demirspor" 29 turdan sonra 36 xalla 10-cu pillədə qərarlaşıb.

"Konyaspor" - "Adana Demirspor" - 2:2

Qollar: Çikalleşi, 9-pen; 45-pen. - Erdoğan, 32, Balotelli, 87

writer photo
Əlirza Əlirzalı
0