Şakiri komandasından ayrılıb
14.08.2024 - 20:41
Şakiri komandasından ayrılıb

Təcrübəli İsveçrəli futbolçu Xedran Şakiri komandasından ayrılıb.

Apasport.az xəbər verir ki, 32 yaşlı futbolçu ABŞ-nin "Çikaqo Fayr" klubu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib. 

Şakiri bu ayrılıq barədə "karyeramda yenj fürsətlər kəşf etmək üçün doğru vaxtdır" sözlərini işlədib.

Qeyd edək ki, təcrübəli yarımmüdafiəçi 2022-ci ilin fevralında "Olimpik Lion"un sıralarını tərk edərək Amerikaya gəlmişdi. O, burada 75 matça çıxıb, 16 qol və 20 qol ötürməsinə imza atıb. 

writer photo
Əlirza Əlirzalı
0