Salahdan yeni REKORD
02.01.2024 - 11:19
İngiltərədə Premyer Liqanın 20-ci turunda "Liverpul" "Nyukasl"ı 4:2 hesabı ilə məğlub edib.
Apasport.az xəbər verir ki, bu qarşılaşmada misirli hücumçu Məhəmməd Salah dubla imza atıb. O, matçdakı ilk dəqiq zərbəsi ilə qollarının sayını 150-yə çatdırıb.
Salah çempionat tarixində bir klubla bu qədər qol vuran 5-ci oyunçudur. Yalnız "Tottenhem"də Harri Keyn (213), "Mançester Siti"də Serxio Aquero (184), "Mançester Yunayted"də Ueyn Runi (183) və "Arsenal"da Tyerri Anri (175) bir klubda Premyer Liqada daha çox qol vurub.
0
0