Samet Akaydın "Fənərbaxça"ya qayıdır
26.04.2024 - 12:49
Samet Akaydın "Fənərbaxça"ya qayıdır

Yunanıstan nəhəngi Super Liqada çıxış edən "Fənərbaxça"nın satın alma variantı ilə "Panatinaikos"a icarəyə verdiyi Səməd Akaydın üçün qərar verib.

Apasport.az "Sabah"a istinadla xəbər verir ki, Akaydının yeni mövsümdən əvvəl "Fənərbaxça"ya dönəcəyi iddia edilib.

Fatih Terimin baş məşqçisi olduğu “Panatinaikos” ötən gün keçirilən matçda AEK-ə 3:0 hesabı ilə məğlub olub. Akaydın etdiyi səhvlə matça damğasını vurub. Buna görə də, yunan nəhəngi türkiyəli müdafiəçi seçimindən istifadə etməmək qərarına gəlib.

Beləliklə, Samet Akaydın 2024-25 mövsümündən əvvəl "Fənərbaxça"ya qayıdacaq. 

Qeyd edək ki, 30 yaşlı futbolçunun "bülbüllər"lə 2026-cı ilə qədər müqaviləsi var.

writer photo
Əlirza Əlirzalı
0