Sane “Liverpul”un hədəfində
16.10.2023 - 19:41
Sane “Liverpul”un hədəfində

İngiltərə təmsilçisi Məhəmməd Salahın yerini Leroy Sane ilə doldurmağı planlayır.

Apasport.az xəbər verir ki, “Mersisaydlılar” 31 yaşlı misirli futbolçunun Səudiyyə Ərəbistanına gedəcəyi təqdirdə onun yerinə 27 yaşlı almaniyalı oyunçu Leroy Saneni transfer etməyi hədəfləyir.

İngiltərə nəhəngi bu transferin baş tutacağı təqdirdə rekord məbləğ ödəməyə hazırdır. 

Qeyd edək ki, “Münhen nəhəngi”nin sağ cinah hücumçusu klubda oynadığı 103 matçda 27 dəfə fərqlənib.

writer photo
Əlirza Əlirzalı
0