Seneqal millisində ayrılıq
02.10.2024 - 21:59
Seneqal millisində ayrılıq yaşanıb.
Apasport.az xəbər verir ki, komandanın baş məşqçisi Aliu Sisse postundan ayrılıb.
Bunu Seneqal Futbol Federasiyası açıqlayıb. İdman Nazirliyi 48 yaşlı mütəxəssislə müqaviləni uzatmaqdan imtina edib.
Qeyd edək ki, Sisse 2015-ci ildən milliyə başçılıq edir.
0
0