"Sevilya" Lokonqanı icarəyə götürür
11.07.2024 - 23:50
“Sevilya” heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az yazır ki, La Liqa təmsilçisi Albert Sambi Lokonqa ilə razılıq əldə edib. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Məlumata görə, futbolçu artıq həkim yoxlanışından da keçib.
Lokonqa hazırda “Arsenal”a məxsusdur. “Sevilya” onu “topçular”dan icarəyə götürür. İspanlar yarımmüdafiəçinin maaşını özləri ödəyəcəklər. Futbolçu uğurlu olacağı təqdirdə, növbəti mövsüm 12 milyon avro qarşılığında “Sevilya”ya qoşulacaq.
Qeyd edək ki, Albert Sambi Lokonqa Konqo əsilli belçikalıdır və cəmi 24 yaşı var.
0
0