“Sevilya” baş məşqçisi Xulen Lopeteqini istefaya göndərib.
Apasport.az xəbər verir ki, bunu İspaniya klubu rəsmi saytı vasitəsilə açıqlayıb.
Çempionlar Liqasının qrup mərhələsinin III turunda Dortmund “Borussiya”sına evdə böyükhesablı məğlubiyyət (1:4) 56 yaşlı çalışdırıcının işinə son verilməsi ilə nəticələnib. Lopeteqi 2019-cu ildən bəri “Sevilya”ya başçılıq edib. Onun rəhbərliyi altında komanda 2019/20 mövsümündə Avropa Liqasını qazanıb.
Qeyd edək ki, “Sevilya” bu mövsüm 1996/97 mövsümündən bəri ən uğursuz start nəticəsini göstərib. Yeddi turda 5 xal toplayan əndəlüs təmsilçisi La Liqada 17-ci pillədə qərarlaşır.