Soboslai seçimini etdi: “Nyukasl”a gedir
03.06.2023 - 15:20
Soboslai seçimini etdi: “Nyukasl”a gedir

“Leypsiq”in futbolçusu Dominik Soboslai gələcək karyerası ilə bağlı qərarını verib.

Apasport.az saytının məlumatına görə, macar yarımmüdafiəçi İngiltərə Premyer Liqasında oynamaq niyyətindədir.

22 yaşlı oyunçu “Nyukasl”a keçmək istəyir. Premyer Liqa təmsilçisi də bu transferdə maraqlıdır.

Qeyd edək ki, Dominik 2022/23 mövsümünün 45 matçında 9 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0