Keçmiş SSRİ ölkələrinin ən bahalı futbolçularının adları açıqlanıb.
Apasport.az xəbər verir ki, bu barədə "Transfermarkt" məlumat yayıb.
Türkiyə Superliqa komandasında çıxış edən Renat Dadaşov "top 15"in 11-ci pilləsində qərarlaşıb. Futbolçunun bazar dəyəri 2 milyon avro olaraq qiymətləndirilir.
SSRİ ölkələrinin ən bahalı futbolçuların siyahısı belədir:
1. Gürcüstan: Xviça Kvaratsxeliya (80 milyon avro, "Napoli")
2. Ukrayna: Oleksandr Zinchenko (42 milyon avro, "Arsenal", London)
3. Rusiya: Alexander Golovin (30 milyon avro, "Monako")
4. Ermənistan: Eduard Spertsyan (18 milyon avro, "Krasnodar").
5. Qazaxıstan: Bəxtior Zainutdinov (6 milyon avro, Beşiktaş)
6. Moldova: Oleq Ryabçuk (5 milyon avro, "Spartak")
7. Özbəkistan: Abbosbek Fayzullaev (5 milyon avro, ÇSKA )
8. Litva: Guidas Gineitis (2 milyon avro, "Torino")
9. Estoniya: Karl Xeyn (2 milyon avro, "Arsenal", London)
10. Belarus: İlya Şkurin (2 milyon avro, "Polad")
11. Azərbaycan: Renat Dadaşov (2 milyon avro, "Hatayspor")
12. Latviya: Raimonds Krollis (1,5 milyon avro, "Vişkov")
13. Tacikistan: Ruslan Yatimov (1,2 milyon avro, "İstiqlol")
14. Qırğızıstan: Gülciqit Alıkulov (550 min avro, "Neman")
15. Türkmənistan: Ruslan Mingazov (450 min avro, "Kitçi").