Super Liqa: "Fənərbaxça"dan darmadağın
26.08.2024 - 01:40
Super Liqa: "Fənərbaxça"dan darmadağın

Bu gün Türkiyə Super Liqasında 3-cü turun növbəti oyunları keçirilib.

Apasport.az xəbər verir ki, turun ikinci oyun günündə 3 qarşılaşma baş tutub.

"Kasımpaşa" evdə "Adana Demirspor"dan 1 xal almağı bacarıb - 2:2.

"Antalyaspor" evdə "Hatayspor"u qəbul edib. Qonaqların azlıqda qaldığı matçda 5 qol vurulub - 3:2. 

Günün maraqla gözlənilən matçı Rizedə baş tutub. "Çaykur Rizespor" İstanbul nəhəngi "Fənərbaxça"nı qəbul edib. Qonaqlar 3 xalı 5 qolla qazanıb - 0:5.

Fredin het-trik etdiyi matçda Edin Dzeko adını bir dəfə tabloya yazdırmağı bacarıb. 5-ci qolu isə Husniddin Alikulov öz qapısından keçirib.

Bu qələbədən sonra "Fənərbaxça" oyun çoxluğu ilə turnir cədvəlinin liderliyinə yüksəlib. İstanbul klubu "Eyüpspor"la eyni, 7 xala sahibdir. "Beşiktaş"ın istirahət etdiyi turda "Qalatasaray"ın matçı avrokuboklar səbəbilə təxirə salınıb.

Qeyd edək ki, tura sabah keçiriləcək "Trabzonspor" - "Kayserispor" qarşılaşması ilə yekun vurulacaq.

writer photo
Əlirza Əlirzalı
0