Türkiyə Super Liqasında çıxış edən futbolçuların bazar dəyəri yenilənib.
Apasport.az xəbər verir ki, bu barədə "Transfermakt" məlumat yayıb.
"Napoli"dən icarə əsasında "Qalatasaray"ın heyətinə qatılan Viktor Osimhen və "Fənərbaxça"da çıxış edən Cengiz Ünder ən çox dəyər itirən adlar kimi diqqət çəkib.
Super Liqada ən çox dəyərini itirən 10 futbolçunu təqdim edirik:
10. Aleks Oksleyd Çemberlen - 3 milyon avro (əvvəlki qiymət - 5 milyon)
9. Serdar Saatçı - 3,5 milyon avro (əvvəlki qiymət -5 milyon avro)
8. Abdülkerim Bardakcı - 7,5 milyon avro (əvvəlki qiymət - 9 milyon)
7. Hakim Ziyeş - 7 milyon avro (əvvəlki qiymət - 9 milyon)
6. David Fofana - 10 milyon avro (əvvəlki qiymət - 12 milyon)
5. Mauro İkardi - 15 milyon avro (əvvəlki qiymət - 17 milyon)
4. Fred - 15 milyon avro (əvvəlki qiymət - 17 milyon)
3. Simon Banza - 15 milyon avro (əvvəlki qiymət - 17 milyon)
2. Cengiz Ünder - 10 milyon avro (əvvəlki qiymət - 14 milyon)
1. Viktor Osimhen - 75 milyon avro (əvvəlki qiymət - 100 milyon avro)