Super Liqada növbəti istefa
12.10.2023 - 13:18
Super Liqada növbəti istefa

Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.

Apasport.az xəbər verir ki, “Trabzonspor” Nenad Byelitsa ilə yollarını ayırıb.

Xorvatiyalı mütəxəssisin istefaya göndərilməsinə uğursuz nəticələr səbəb olub. Klubla baş məşqçi arasında 2025-ci ilin yayında başa çatmalı olan müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.

Artıq bu vəzifəyə əsas namizəd də bəllidir. Türkiyə mətbuatı komandanın sabiq baş məşqçisi Abdullah Avcının yenidən bu vəzifəyə qayıdacağını iddia edir.

Qeyd edək ki, cari mövsümdə Super Liqada 8 matça çıxan Trabzon təmsilçisi 4 qələbə qazanıb və eyni sayda məğlubiyyət alıb. 12 xala malik komanda hazırda 7-ci pillədə qərarlaşıb.

writer photo
Əlirza Əlirzalı
0