Super Liqada VAR-ı əcnəbi hakimləri idarə edəcək
12.04.2024 - 13:31
Super Liqada VAR-ı əcnəbi hakimləri idarə edəcək

Türkiyə Super Liqasının 32-ci həftəsindən liqanın sonuna qədər həftənin kritik matçlarına əcnəbi VAR hakimləri təyin ediləcək.

Apasport.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) rəsmi saytı məlumat yayıb. 

TFF-nin Almaniya, İspaniya, İtaliya, Niderland ve Portuqaliya futbol federasiyalarına bununla bağlı müraciəti qəbul edilib.

Super Liqanın 32-ci həftəsində əcnəbi Video Köməkçi Hakimlərin (VAR) təyin olunacağı matçlar aşağıdakı kimidir:

"Ankaragücü" - "Gaziantep"

"Karagümrük" - "Fenerbahçe"

"Alanyaspor"- "Qalatasaray."

writer photo
Əlirza Əlirzalı
0