Super Liqaya əcnəbi hakim?
26.10.2022 - 22:14
Super Liqaya əcnəbi hakim?

Türkiyə Super Liqasında vacib oyunlara əcnəbi hakimlərin dəvəti nəzərdən keçirilir.

Apasport.az saytının məlumatına görə, buna səbəb yerli referilərin bu mövsüm oyunlarda çoxsaylı səhvlərə yol verməsidir.

Türkiyə Futbol Federasiyası (TFF) klub rəhbərlərinin narazılığını nəzərə alaraq, derbilərə əcnəbi hakimlərin təyinatını müzakirəyə çıxarıb. Qurumun artıq ilk namizədi də bəllidir. TFF növbəti kritik qarşılaşmaya argentinalı Nestor Pitananı təyin etmək niyyətindədir. 47 yaşlı referi ilə ilk danışıq da aparılıb.

Qeyd edək ki, Nestor Pitana DÇ-2018-in final oyununu idarə edib.
 

writer photo
Əlirza Əlirzalı
0