Duşan Tadiç “Ayaks”ı tərk etməyə qərar verib.
Apasport.az saytı xəbər verir ki, o, klub rəhbərliyindən müqaviləyə xitam veriləməsini xahiş edib.
Serbiyalı futbolçunun “Ayaks”la müqaviləsi 2024-cü ilin yayında bitəcəkdi. Komandanın transfer siyasətini bəyənməyən Duşan karyerasını başqa yerdə davam etdirmək istəyir. Amsterdam klubunda 5 mövsüm keçirən Tadiç qərarı barədə danışıb: “Klubu tərk etmək qərarını vermək çox çətin idi. Həm mən, həm klub üçün yeni dövrə ehtiyac var. Burada keçirdiyim zaman ərzində mənə dəstək verən azarkeşlərə təşəkkür edirəm. Həmişəlik “Ayaks”ın üzvü olaraq, qalacam. Buraya dönəcəm, amma, bu dəfə məşqçi kimi”.
Qeyd edək ki, Tadiç “Ayaks”ın heyətində 105 qol vurub və komandanın kapitanı olub.
Tadiçdən vida
15.07.2023 - 00:44
0
0