"Real"ın baş məşqçisi Karlo Ançelotti komandanın müdafiəçisi Eder Militao haqda danışıb.
Apasport.az xəbər verir ki, italyalı mütəxəssis futbolçunun son durumu haqda məlumat verib:
"O, özünü çox yaxşı hiss edir. Əlbəttə, tam 90 dəqiqə oynaya bilməyəcək, amma məncə, o, oyunun çox hissəsində meydanda ola bilər”.
Xatırladaq ki, braziliyalı oyunçu mövsümün əvvəlində çarpaz bağını qoparıb və yalnız son turda “Atletik”lə matçda (2:0) 1 dəqiqə meydanda olub.
Sabah, aprelin 13-də “Real” səfərdə “Malyorka” ilə qarşılaşacaq. La Liqanın 31-ci turunun görüşü Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.