Tarixinin ən bahalı transferini razılaşdırdı
28.04.2023 - 15:25
Tarixinin ən bahalı transferini razılaşdırdı

İngiltərədə "Brayton" tarixinin ən bahalı transferini razılaşdırıb.

Apasport.az saytı xəbər verir ki, Premyer Liqa klubu "Uotford"un hücumçusu Joao Pedronun keçidinə 30 milyon avro xərcləyəcək. 

21 yaşlı braziliyalının gəlişi “Brayton”un tarixinə ən bahalı futbolçu kimi düşəcək. 

Qeyd edək ki, indiyədək “Brayton”un ən çox pul xərclədiyi futbolçu Adam Vebster idi. Komanda 2019-cu ildə 28 yaşlı mərkəz müdafiəçisinin keçidi üçün “Bristol Siti”yə 22 milyon avro ödəmişdi.

writer photo
Əlirza Əlirzalı
0