“Mançester Yunayted” “Ayaks”ın müdafiəçisi Lisandro Martineslə maraqlanır.
Apasport.az saytının məlumatına görə, “qırmızı şeytanlar”ın yeni baş məşqçisi Erik ten Haq 24 yaşlı oyunçunu sərəncamında görmək istədiyi futbolçular siyahısına daxil edib.
Amsterdam klubunda müdafiə xəttini yüksək sürətə malik futbolçular üzərində quran ten Haq yetirməsini özü ilə aparmağı planlaşdırır. Niderland çempionu argentinalı mərkəz müdafiəçisi üçün ən azı 30 milyon avro qazanc əldə etmək niyyətindədir.
Çalışdırıcı həmçinin “Ayaks”ın digər müdafiəçisi 20 yaşlı Yurrien Timberin də xidmətində maraqlıdır.