Təxirəsalma xahişi
28.10.2022 - 20:13
İtaliya A seriyasının “Montsa” – “Bolonya” oyunu təxirə salına bilər.
Apasport.az saytının məlumatına görə, meydan sahibləri bununla bağlı təşkilatçılara müraciət edib.
Klub rəhbərliyi qarşılaşmanın təxirə salınmasını istəyir. “Montsa”nın prezidenti Adriano Qalliani bununla bağlı xahiş də edib: “Montsa” Pablo Marinin başına gələnlərə görə şokdadır. Biz matçın təxirə salınmasını xahiş etmişik”.
Qeyd edək ki, 29 yaşlı ispaniyalı futbolçu Milandakı ticarət mərkəzinə hücum zamanı bıçaq xəsarəti altı nəfər arasında olub. Artıq əməliyyat olunan Marinin həyatı təhlükədə deyil.
0
0