TFF-dən hakimlərlə bağlı tarixi qərar
24.04.2024 - 12:19
TFF-dən hakimlərlə bağlı tarixi qərar

Türkiyə Futbol Federasiyası (TFF) ilə klublar arasında Müstəqil Hakimlər Şurasının yaradılması ilə bağlı razılıq əldə olunub.

Apasport.az “Fanatik”ə istinadən xəbər verir ki, TFF və peşəkar klubların hər biri bir şirkət quracaq. Bu iki şirkət 5 nəfərdən ibarət yeni şirkət yaradacaq. Üzvlərdən 3-ü TFF, 2-si isə klublar tərəfindən müəyyən ediləcək. 5 üzvdən ibarət bu şirkət Müstəqil Arbitraj Şurası təyin edəcək.

Peşəkar əsaslarla fəaliyyətə başlayacaq qurum təsnifat hakimlərinin müəyyən edilməsi də daxil olmaqla, bütün növ referiləri təyin etmək və sanksiya vermək səlahiyyətinə malik olacaq. Bu strukturla İdarə Heyəti hakim təyinatlarında klubların söz sahibi olmasını təmin edəcək.

Qeyd edək ki, Alman modelindən ilhamlanan Müstəqil Hakimlər Şurası layihəsinin növbəti mövsümdən etibarən həyata keçirilməsi planlaşdırılır. TFF meneceri Mustafa Eröğüt başda olmaqla federasiya rəsmiləri bu gün klub nümayəndələri ilə bir araya gələrək yeni sistemi təqdim edəcəklər.

writer photo
Əlirza Əlirzalı
0