Todiboya İngiltərədən təklif
08.08.2023 - 00:00
Todiboya İngiltərədən təklif

“Mançester Yunayted”in heyətinə qatmaq istədiyi müdafiəçi bəlli olub.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu Jan-Kler Todibonun xidmətində maraqlıdır.

Premyer Liqa təmsilçisi 23 yaşlı futbolçu üçün “Nitsa”ya sorğu göndərib. Lakin fransalılar hələ qərar verməyib. O, “Mançester Yunayted”də komandadan gedəcəyi gözlənilən Hari Maquayrı əvəz etməlidir.

Qeyd edək ki, Todibo ötən mövsüm Liqa1-də 34 oyun keçirib.
 

writer photo
Əlirza Əlirzalı
0