Tolissonun yeni klubu bilindi
30.06.2022 - 13:52
Tolissonun yeni klubu bilindi

Korentin Tolisso karyerasını Fransa çempionatında davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi azad agent kimi “Lion”a keçəcək.

“Bavariya” ilə müqavilə müddəti başa çatan Fransa millisinin üzvü rəhbərliyin yeni sözləşmə təklifini rədd edib. Almaniya çempionu ilə artıq yollarını ayıran 28 yaşlı orta sahə oyunçusu sabiq komandası “Lion”la müqavilənin bütün detallarını razılaşdırıb.

Qeyd edək ki, “Lion”un yetirməsi olan Korentin Tolisso 2017-ci ildə “Bavariya”ya 41,5 milyon avroya transfer edilib.

writer photo
Əlirza Əlirzalı
0