Tomas Müller qərarını verdi
21.11.2023 - 16:36
Tomas Müller qərarını verdi

“Bavariya”nın futbolçusu Tomas Müller  gələcək karyerası ilə bağlı qərarını verib.

Apasport.az xəbər verir ki, bunu almaniyalı hücumçunun özü açıqlayıb.

Tomas karyerasını bitirmək haqqında düşünmür: “Mən 2024-cü ildən sonra da oynamaq istəyirəm. Hələ futboldan zövq alıram. Ümid edirəm ki, bu, hiss olunacaq səviyyədədir”.

Qeyd edək ki, Müllerin Münhen klubu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq. O, Almaniya klubunda keçirdiyi 680 oyunda 237 qol və 261 assistə imza atıb. 

writer photo
Əlirza Əlirzalı
0