Toni Kroos: “Onunla oynamaq heyrətamiz idi”
13.10.2023 - 18:17
Toni Kroos: “Onunla oynamaq heyrətamiz idi”

“Kriştiano Ronaldo gördüyüm ən yaxşı oyunçudur”.

Apasport.az xəbər verir ki, bunu "Real"ın yarımmüdafiəçisi Toni Kroos deyib.

O, sabiq komanda yoldaşı, hazırda Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən Kriştiano Ronaldo haqda fikirlərini bölüşüb: “Ronaldo ilə birlikdə oynamaq heyrətamiz idi. O, futbol tarixinin ən yaxşı oyunçusudur. Portuqaliyalı futbolçu ilə eyni komandada çıxış etməkdən qürur duyuram”.

Qeyd edək ki, 38 yaşlı Ronaldo 2009-18-ci illərdə “kral klubu”nun şərəfini qoruyub.
 

writer photo
Əlirza Əlirzalı
0