Toninin diskvalifikasiyası başa çatdı
17.01.2024 - 22:18
Toninin diskvalifikasiyası başa çatdı

Hücumçu İvan Toni yenidən futbol oynaya bilər.

Apasport.az xəbər verir ki, mərc oynadığına görə diskvalifikasiya ilə üzləşən "Brentford"un hücumçusunun cəzası başa çatıb.

Toni 2022-ci il mayın 17-dən 2023-cü il yanvarın 17-dək meydanlardan uzaq qalıb.

İngiltərə çempionatının geridə qalan mövsümündə İvan Toni bombardirlik yarışında 20 qolla üçüncü olub. Yalnız Herri Keyn (30) və Erlinq Haland (36) ondan daha çox qol vurub.

Qeyd edək ki, 27 yaşlı Toninin adı "Arsenal" da daxil olmaqla daha yüksək statuslu Premyer Liqa klubları ilə aktiv şəkildə əlaqələndirilir. 

writer photo
Əlirza Əlirzalı
0