“Top-5” liqalarda ən dəyərli “11-lik”
01.11.2022 - 12:27
“Top-5” liqalarda ən dəyərli “11-lik”

CIES Futbol Observatoriyası Avropada start heyəti ən bahalı olan klubların adlarını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, araşdırma cari mövsüm oktyabrın 26-dək keçirilən oyunlara əsasən aparılıb.

“Top-5” liqaların ən dəyərli heyətinə malik komanda “Mançester Siti”dir. “Şəhərlilər”in start “11-liy”inin təxmini qiyməti 605 milyon avrodur. İkinci yeri PSJ tutursa, “Mançester Yunayted” ilk “üçlüy”ün son sakinidir.

1. “Mançester Siti” – 605 milyon avro
2. PSJ - 510 milyon
3. “Mançester Yunayted” – 480 milyon
4. “Liverpul” - 409 milyon
5. “Çelsi” - 393 milyon
6. “Arsenal” - 382 milyon
7. “Real” - 370 milyon
8. “Barselona” - 334 milyon
9. “Yuventus” - 300 milyon
10. “Bavariya” - 294 milyon

Qeyd edək ki, “Mançester Siti” hazırda İngiltərə Premyer Liqasında 12 oyunda topladığı 29 xalla ikinci sıradadır.
 

writer photo
Əlirza Əlirzalı
0