Torreslə Saviçi gözləyən TƏHLÜKƏ
09.01.2023 - 11:05
Torreslə Saviçi gözləyən TƏHLÜKƏ

La Liqanın “Atletiko” - “Barselona” matçında yaşanan qalmaqalın günahkarlarını gözləyən cəza bəlli olub.

Apasport.az saytının məlumatına görə, meydan sahiblərinin müdafiəçisi Stefan Saviç və qonaqların hücumçusu Ferran Torres hətta 12 oyunluq diskvalifikasiya ala bilər.

Uzatma dəqiqələrində toqquşma zamanı yerə yıxılan futbolçular arasında münaqişə yaşanıb. Hakim hər iki oyunçuya qırmızı vərəqə verib.

Onların bu hərəkəti rəqibə hücum kimi dəyərləndirilə bilər. Əgər bu davranış belə sərt hesab olunsa, Saviçlə Torres 12 matç kənarda qalacaq.

Qeyd edək ki, “Barselona” səfər görüşündə 1:0 hesablı qələbə qazanıb.
 

writer photo
Əlirza Əlirzalı
0