“Tottenhem” Lorisə əvəzləyici tapdı
11.04.2023 - 17:55
“Tottenhem” Lorisə əvəzləyici tapdı

“Tottenhem” qapıçısı Uqo Lorisə əvəzləyici tapıb.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu bu məqsədlə Aleks Meretin xidmətində maraqlıdır.

Londonlular “Napoli”nin 26 yaşlı qolkiperi yayda sıralarına qatmağı planlaşdırır. Neapollular onu 30 milyon avroya satmağa razıdır.

Qeyd edək ki, 36 yaşlı Loris “Tottenhem”də 11-ci mövsümünü keçirir. Fransalı 2012-ci ildə “Lion”dan transfer olunub.

writer photo
Əlirza Əlirzalı
0